reklam
Regionxeberlericom.az » Dünya » İvanişvili bir ilə 200 milyon qazanıb

reklam

İvanişvili bir ilə 200 milyon qazanıb


Gürcüstanın keçmiş baş naziri, hakim partiya “Gürcü arzusu”nun nümayəndəsi Bidzina İvanişvili daha çox gəlir əldə edərək milyarderlər siyahısında mövqeyini gücləndirib. Bu barədə “Forbes” jurnalının hesabatında qeyd olunub.

İvanişvili 4,9 milyard dollar sərvəti ilə siyahıda 365-ci yerdə qərarlaşıb. Belə ki, siyasətçi ötən il 465-ci yerdə idi. O, bir il ərzində sərvətini 0,2 milyard dollar artırıb.

Qeyd edək ki, gürcü milyarderin adı dünyanın ən zəngin insanları siyahısında ilk dəfə 2006-cı ildə göstərilib. O zaman o, 3,9 milyard dollar sərvətə sahib idi.

Məlumat üçün bildirək ki, “Forbes”in bu ilki siyahısında ilk üçlükdə “Amazon”un qurucusu Ceff Bezos (131 milyard dollar), “Microsoft” şirkətinin banisi Bill Qeyts (96,5 milyard dollar) və “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet (82,5 milyard dollar) yer alıb.


Paylaş:


Müəllif : Tarix:
6-03-2019, 13:29
Sikayət   


loading...
Загрузка...