İran turist qəbul etməyə hazırlaşır
İran yaxın 1 ay ərzində turistləri qəbul etməyə hazır olacaq. Bunu İranın mədəni irs, əl işləri və turizm nazirinin müavini Vəli Teymuri öz "İnstagram" səhifəsində yazıb.
V.Teymurinin sözlərinə görə, bununla əlaqədar İranın digər ölkələrdəki nümayəndəlikləri və mədəniyyət attaşeləri ilə turistlərin İrana yenidən axını üçün danışıqlar aparılır.
Nazir müavini İranın beynəlxalq sərhədlərinin səhiyyə protokolları ilə tədrici şəkildə açılması üçün prosesin başlandığını deyib.
Teymuri əlavə edib ki, 2 həftə öncə İranın Koronavirusla Milli Mübarizə Komitəsi ilə danışıqlar nəticəsində İranın Mədəni İrs, Əl İşləri və Turizm Nazirliyinin səfər və sağlamlıq təklifi qəbul olunub.
Nazir müavini deyib ki, səhiyyə protokolları və sosial məsafə prinsipinə riayət etməklə böyük turizm məkanları fəaliyyətə başlayıb. “Belə ki, ötən 2 həftə ərzində İranda 4,2 milyon yerli turistin turist məkanlarında qalması qeydə alınıb”, – deyə o qeyd edib.
Trend xatırladır ki, İranda indiyədək 177 938 nəfər koronavirusa yoluxub, 8 506 nəfər bu virusdan ölüb, 140 590 nəfər isə sağalıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-06-2020, 08:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-06-2020, 08:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….