Putin-Zelenski anlaşması icra olundu - Ukrayna və seperatçlar əsirləri dəyişdirdilər

Prezidentlər Putin və Zelenski “Normand sammiti”ndə məhbusların mübadiləsinə razılıq veriblər. Üçtərəfli Əlaqə Qrupu əvvəlcə mübadilə siyahıları barədə razılığa gələ bilməyib. İndi şərtlər razılaşdırılıb.
Şərqi Ukraynada münaqişənin həlli üzrə Üçtərəfli Əlaqə Qrupunun (ÜƏQ) iştirakçıları 2019-cu ilin sonuna qədər tutulan şəxslərin mübadiləsinə razılıq veriblər. Bu barədə ötən gün Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Ukraynanın ÜƏQ-nin humanitar alt qrupundakı nümayəndəsi Valeriya Lutkovskaya əldə olunan razılaşmanı “böyük xoşbəxtlik” adlandırıb. O, bildirib ki, Kiyev “İlovaysk, Debalsevodan sonra dörd il əsir düşən və ailələri ilə əlaqə saxlamaq imkanı olmayan insanları” geri qaytara biləcək. Lutkovskayanın sözlərinə görə, mübadilə siyahısındakı şəxslərin adı dəqiqləşdirilib.
Rusiyanın danışıqlardakı nümayəndəsi Boris Qrızlov məhbusların sərbəst buraxılacağını və mübadilə şərtlərinin razılaşdırıldırıldığını təsdiqləyib. Öz növbəsində ÜƏQ-nun siyasi altqrupundan qondarma Luqansk Xalq Respublikasının nümayəndəsi Rodion Miroşnik bəyan edib ki, mübadilə “hamının hamıya” formatında həyata keçiriləcək.
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski dekabrın əvvəlində Donbas münaqişənin həlli üzrə “normand formatı”nın Parisdə baş tutan zirvə toplantısında geniş miqyaslı mübadilə barədə razılığa gəliblər. Lakin dekabrın 18-i əlaqə qrupunun iştirakçıları mübadilə siyahısını razılaşdıra bilməyiblər.
Rusiya və Ukrayna arasında sonuncu böyük mübadilə prosesi cari ilin sentyabr ayında baş tutub. Hər tərəfdən 35 nəfər azadlığa buraxılıb. Onların arasında 2015-ci ilin avqust ayında Rusiyada ilhaq edilmiş Krım yarımadasında terrorçu qruplaşma yaratmaq ittihamı üzrə 20 il müddətinə azadlıqdan məhrum edilən ukraynalı rejissor Oleq Sentsov və Kerç boğazında ələ keçirilən hərbi gəmilərin dənizçiləri də olub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-12-2019, 20:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-12-2019, 20:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 20:15
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video