Yaşıl alçanın bilmədiyiniz FAYDALARI
Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır.
Alça, eyni zamanda, A və K vitaminləri ilə zəngindir. Onun digər bir mühüm faydası isə ərzaqlardan alınan dəmir mineralının bədən tərəfindən mənimsənilməsini artıraraq dəmir çatışmazlığına qarşı qorumanı təmin etməsidir. Çox vaxt ona dad vermək üçün duzla yeyirlər. Lakin duzdan istifadə etməyin müəyyən zərərli təsirləri var, çünki bədəndə ödem yaradır və kökəlməyə səbəb olur.
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həkim-diyetoloqu Leyla Zülfüqarlı Azərtac-a bildirib ki, mövsüm zamanı hər gün 10-15 ədəd alça yemək olar. Qastrit, mədə xorası olanlara alçadan çox istifadə etməməsi məsləhətdir.
Alçanın xeyli faydalı xüsusiyyətləri var. Təbiətdə yabanı halda bitən alçadan xalq təbabətində geniş istifadə olunur. Qədim zamanlardan bəri alça ən əhəmiyyətli tonuslandırıcı vasitə hesab edilir. Ondan hazırlanan lavaş müalicəvi əhəmiyyətə malikdir.
Alça qaraciyər, ürək, böyrək xəstəlikləri, revmatizm, həzm sistemindəki narahatlıq zamanı çox yaxşı təsir göstərir.
Yetişmiş alça isə güclü öskürək və vərəm xəstəliyinin profilaktikası və müalicəsində mühüm əhəmiyyətə malikdir. Boğaz ağrıları zamanı da ondan istifadə etməyin faydası çoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-05-2024, 10:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II