MAGAZİN1"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm".
Bunu Xalq artisti Ceyran Haşımova "O üz" verilişinə müsahibəsində deyib. Tarzən Xalq artisti Nisə Qasımovaya və mərhum Əməkdar artist Nəzakət Məmmədovaya haqqını halal etmədiyin söyləyib:
"Nisə Qasımova bəstəkar Ələkbər Tağıyevin köməyi ilə öz istədiyinə nail oldu. Bunu inkar etmək olmaz. Nisə mənim ən çox istədiyim və sevdiyim müğənni olub. Mən ona halallıq vermirəm. Səni mən Zeynəb Xanlarovanın (Xalq artisti - red.) xahişi ilə Ələkbər Tağıyevin yanına aparmışam.
Nisədən də ən böyük nankorluğu mənə Nəzakət Məmmədova edib. Onun haqqında dastan belə deyə bilərəm. Onun Ceyhun adında övladı oldu. "Lalə" qızlar ansamblının üzvləri xəstəxanadan onun övladını çıxarıb evə gətirdilər. Biz belə mehriban və bir olmuşuq. Amma o, nankorluq etdi. Nəzakət gizlincə başqa musiqi heyyətinə getdi və bu haqda mənə heç nə demədi. Zamanında mən onu özüm xaric etmişəm ansamblımızdan. Dedim ki, sabahdan ansambla gəlmə. Səninlə bizimki qurtardı.
Çox təəssüf edirəm ki, mənim ifaçılarımdan heç biri yolumu davam etdirmədi. Çətin yoldur, amma istərdim ki, "Lalə" qızlar ansamblı həmişə yaşasın".
Paylaş:
Müəllif : Fuad
Tarix:30-04-2024, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO