Tokayevin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycanda dövlət səfərinə gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2024, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II