reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda sosial şəbəkələrdən kim daha çox istifadə edir: qadınlar, yoxsa kişilər? – Geniş hesabat

reklam

Azərbaycanda sosial şəbəkələrdən kim daha çox istifadə edir: qadınlar, yoxsa kişilər? – Geniş hesabat



















Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 9,19 milyon internet istifadəçisi olub və bu ümumi əhalinin 88%-nə bərabər olub.

“DataReportal” təqdim etdiyi məlumatda bildirir ki, Azərbaycanda 6,1 milyon sosial media istifadəçisi olub ki, bu da ümumi əhalinin 58,4%-ini təşkil edib.

2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər olan dövr ərzində Azərbaycanda internet istifadəçilərinin sayı 46 min artıb.

Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycanda təxminən 1,25 milyon insan internetdən istifadə etmir və bu da əhalinin 12%-ni təşkil edir.

Onu da bildirək ki, Azərbaycan əhalisinin 6%-ni 4 yaşına qədər, 13%-ni isə 5-12 yaş arası uşaqlar təşkil edir. Bu həm də onu göstərir ki, 12 yaşından aşağı uşaqlar arasında da internetdən istifadə geniş yayılıb.

2024-cü ilin əvvəlinə Azərbaycanda 6,1 milyon insan sosial mediadan istifadə edib ki, bu da 18 və yuxarı yaşda olan ümumi əhalinin 80,3 faizinə bərabərdir.

Araşdırmalar göstərir ki, 2023-cü ilin əvvəlindən 2024-cü ilin əvvəlinə qədər Azərbaycanda sosial media istifadəçilərinin sayı 2,8 milyon artıb.

2024-cü ilin yanvar ayında Azərbaycanın ümumi internet istifadəçi bazasının 66,4%-i (yaşından asılı olmayaraq) ən azı bir sosial media platformasından istifadə edib.

Həmin dövrdə Azərbaycanda sosial şəbəkə istifadəçilərinin 46,7%-ini qadınlar, 53,3%-ini isə kişilər təşkil edib.

“Meta”nın məlumatları göstərir ki, 2024-cü ilin əvvəlində “Facebook”un Azərbaycanda 1,6 milyon istifadəçisi olub. Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər 100 min artıb.

2024-cü ilin əvvəlinə Azərbaycanda “Facebook”dan istifadə edənlərin 33,2%-ini qadınlar, 66,8%-ini isə kişilər təşkil edib.

“Meta”nın digər bir məlumatında isə göstərilir ki, 2024-cü ilin əvvəlində “Instagram”ın Azərbaycanda 4,05 milyon istifadəçisi olub və 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər bu say 800 min artıb.

“Instagram”dan istifadə edənlər ümumi əhalinin 38,8%-inə bərabər olub. 2024-cü ilin əvvəlində Azərbaycanda “Instagram”dan istifadə edənlərin 47,4%-ini qadınlar, 52,6%-ini isə kişilər təşkil edib.

“TikTok” platformasının sahibi olan “ByteDance Ltd”nin məlumatına görə, 2024-cü ilin əvvəlində Azərbaycanda “TikTok”un 6,1 milyon istifadəçisi var. “TikTok” istifadəçiləri Azərbaycanda 18 və yuxarı yaşda olan ümumi əhalinin 80,3%-inə çatıb. 2024-cü ilin əvvəlində Azərbaycanda “TikTok”dan istifadə edənlərin 46,7%-ini qadınlar, 53,3%-ini isə kişilər təşkil edib.

Bu ilin əvvəlində “Linkedin” sosial şəbəkəsinin Azərbaycanda 830 min istifadəçisi olub və bu, ümumi əhalinin 8%-inə bərabər olub. 2023-cü ilin əvvəli ilə 2024-cü ilin əvvəli arasında Azərbaycanda “Linkedin” istifadəçilərinin sayı 160 min artıb.

2024-cü ilin əvvəlində Azərbaycanda “Linkedin” istifadəçilərinin 37,2%-ini qadınlar, 62,8%-ini isə kişilər təşkil edib.

“X” (keçmiş – “Twitter”) platformasının məlumatında isə göstərilir ki, 2024-cü ilin əvvəlində “X”in Azərbaycanda 255,9 min istifadəçisi olub. Bu rəqəm o deməkdir ki, Azərbaycanda ümumi əhalinin 2,5%-i “X” istifadəçisidir.

2023-cü ilin əvvəli ilə 2024-cü ilin əvvəli arasında “X”in istifadəçilərinin sayı 49 min azalıb.

2024-cü ilin əvvəlində şirkətin öz məlumatlarında göstərilib ki, “X”in Azərbaycandakı istifadəçilərinin 33,4%-ini qadınlar, 66,6%-ini isə kişilər təşkil edib.





Paylaş:


Müəllif : Tarix:
10-03-2024, 12:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər