Nizaməddin Quliyevin qardaşı əmlakları geri istəyir

Həbsdə koranavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlakları ilə bağlı Ali Məhkəməyə müraciət edilib.
Mərhum Quliyevin hüquqi varisi 600 min manatlıq əmlakın müsadirəsi qərarının ləğv edilməsini istəyir.
Eks-icra başçısının vəfatından sonra onun qardaşı hüquqi varisi qismində tanınıb. Onun tərəfindən verilən kassasiya şikayətinə yaxın günlərdə baxılacaq.
Mərhum N.Quliyevin dövlət nəfinə alınmış əmlaklarının siyahısını təqdim edirik:
Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 395 manat olan qeyri-yaşayış binası;
Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;
Goranboy şəhəri, V. Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 000 manat olan daha bir qeyri-yaşayış binası.
Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 800 manat olan torpaq sahəsi;
Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Külli miqdarda mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. Quliyevin vəfatından sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsi ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əmlakların yenidən müsadirəsinə qərar verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2024, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video