“Cibindən bıçaq çıxardı” – Müğənninin toy əhvalatları
"Aran rayonlarından birinə toya getmişdim. Mağar toyu idi. Ev sahibi gözəl süfrələr açmışdı, toya həddən çox adam dəvət olunmuşdu. Məclisin ən qızğın vaxtı çöldə hay-küy qopdu".
RegionXəbərləricom.az lent.az-a istinadla xəbər verir ki, bunu müğənni Qədir Qızılsəs danışıb.
O əlavə edib: "Hamı başladı qaçışmağa. Bir də gördük, toy çadırı uçdu. Məni qolumdan tutub çölə qaçırtdılar. Demə, toy sahibinin düşməni varmış. "K-700" deyilən böyük traktorla girib bütün çadırı, məhləni şumlayıb keçdi, yemək qazanlarını aşırdı. Toy beləcə yarımçıq qaldı".
Qədir Qızılsəs toyda yaşadığı başqa bir faciəni də xatırlayıb:
"Bir dəfə də toylardan birində bir kişi yaxınlaşdı mənə, cibimə pul basdı, dedi bir muğam oxu. Başladım oxumağa, bu da arxası məclisə tərəf, qarşımda durub qulaq asır. Bir də gördüm bir nəfər də yaxınlaşır. Elə bildim, o da mahnı sifariş edəcək. Əlini atdı cibinə, bıçaq çıxarıb qarşımda dayanmış adamın belinə sapladı. Adam qarşımda can verdi. Toy yasa döndü".
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2024, 11:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı