14 yaşlı oğlan uşaq evinin tualetindən qaçıbmış - Yenilənib

Bakıda 3 nəfər itkin düşüb.
2010-cu il təvəllüdlü C.Ağayev dünən saat 15:30 radələrində Xətai rayonu Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.
Bundan başqa 1995-ci il təvəllüdlü Əzizxanım Ağasiyeva Əzizxanım qızı və onun 2017-ci il təvəllüdlü qızı yanvarın 13-ü saat 15 radələrində yaşadıqları Sabunçu rayonu, Nardaran qəsəbəsindəki evdən çıxaraq geri qayıtmayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
***
Uşaq evindən qaçan 14 yaşlı C. Ağayev tapılıb.
RegionXəbərləricom.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə 3 saylı uşaq evinin müdiri Gülnarə Quliyeva məlumat verib.
O bildirib ki, uşaq Abşeron rayonundan tapılıb: “Ərazi üzrə polis bölməsi uşağı tapıb. Bizə məlumat verdilər. Müvafiq qaydada polis əməkdaşları tərəfindən uşaq buraya gətiriləcək”.
Onun sözlərinə görə, uşaq dünən günorta saatlarında yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoluna girərək pəncərədən qaçıb. G.Quliyeva bildirib ki, uşaq yanvarın 13-də anası tərəfindən uşaq evinə gətirilib: “Elşadın özündən iki yaş böyük bacısı var. Uşaqların atası ortada yoxdur, əvvəl ana baxıb, sonra bibiyə verib. Bacısı artıq bir ildir ki, bizdədir, buraya adaptasiya olub. Ancaq oğlan adaptasiya ola bilmir, qaçır ki, anamı istəyirəm. Biz bibi ilə danışdıq ki, uşaqlar ortada qalmasınlar, aidiyyəti qurum vasitəsilə himayədar ailə proqramına daxil edək. Bibini razı salmışıq”.
Gülnarə Quliyeva qeyd edib ki, uşaq nənəsinin yanında olanda da qaçıb: “Bir dəfə də yanvarın 4-də nənəsinin yanında olanda qaçıb. Onu bizim əməkdaşlar tapıb gətiriblər. Əksər hallarda Abşeronda, Xırdalan tərəfdə, ya da metronun “Elmlər Akademiyası” stansiyası tərəfdə tapırıq uşağı. Anasını axtarmaq adı ilə o istiqamətlərə gedir. Uşaq özü pis uşaq deyil. Bacı-qardaş ikisi də yaxşı uşaqdır. Sadəcə, uşaqlara pis təsir edir ki, ailələri, doğmaları ola-ola niyə uşaq evinə qoyulurlar”.
Uşağın qaçmasına səbəb yaradan amilləri isə G.Quliyeva belə izah edib: “Bizim bağçanın binası köhnədir. 1970-ci ilin binasıdır. Bağçalara, pəncərələrə barmaqlıqlar vurmağa icazə yoxdur. Binanın quruluşu da elədir ki, pəncərədən düşmək asandır”
Paylaş:
Müəllif : Fuad
Tarix:15-01-2024, 12:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video