reklam
Regionxeberlericom.az » Cəmiyyət » Orxan İbadov rekordla dünya yaddaş çempionu oldu: “Məni alman kimi təqdim etmişdilər” – Fotolar

reklam

Orxan İbadov rekordla dünya yaddaş çempionu oldu: “Məni alman kimi təqdim etmişdilər” – Fotolar

















Noyabrın 24-26-sı Hindistanın Mumbay şəhərində keçirilən Dünya Yaddaş Çempionatında azərbaycanlı Orxan İbadov dünya rekordu qıraraq çempion olub.

Bu barədə onun özü məlumat verib.

O. İbadov bildirib ki, 10 kateqoriya üzrə keçirilən müsabiqədə iki qızıl medal qazanıb:

“Müsabiqə 10 kateqoriya üzrə aparılırdı. Mən onların 2-də qızıl medal aldım. 4-də gümüş medal aldım, amma əslində bu say 5 idi. Sadəcə birini kodu səhv göndərdiyimi bildirərək, saymadılar. Dünya Yaddaş Federasiyada istəyirlər ki, ya almanlar, ya da fransızlar çempion olsun. 2 ədəd də bürünc medal qazandım”.

780 nəfərin yarışdığı müsabiqədə Orxan İbadov ciddi fərqlə dünya rekordunu qırıb.

“Ən vacib məqam isə budur ki, dünya rekordu qırmışam. Bu mən üçün çempionluqdan da vacibdir. Mən bu rekordu qıranda bundan xəbərsiz idim. Sonradan mənə dedilər ki, rekord qırmısan. İndiyə qədər bu say 3238 idi, mən 3421 rəqəmi ardıcıllıqla yadda saxlaya bildim. Ciddi fərqlə record qırmışam. Ümid edirəm azı 10 il bu rekord məndə qalar”, - o bildirib.

Orxan İbadov, həmçinin 15 dəqiqə ərzində 146 üz, ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini qabaqlaya bilib. O bildirib ki, müsabiqə zamanı haqsızlığa mruz qalıb:

“Haqsız yerə bəzi xallarım silindi, bununla bağlı Dünya Yaddaş Federasiyası ilə mübahisəm oldu. Sonra dedilər, guya kodu səhv göndərmişəm. Sonra dünya çempionu olmağımla bağlı məlumat “Hindistan” qəzetində dərc olundu. Məni almaniyalı kimi təqdim etmişdilər. Sonra əlaqə saxladım, onu dəyişdilər”.

Qeyd edək ki, Orxan İbadov 2017-ci ildən müstəqil qaydada Azərbaycanı mötəbər beynəlxalq yaddaş və beyin yarışlarında təmsil edir. O, həmçinin Azərbaycanda, İspaniyada, Tailandda və digər ölkələrdə zehni inkişaf, yaddaş və beyindən səmərəli istifadə ilə bağlı digər mövzularda təlimlər keçir.





Paylaş:


Müəllif : Tarix:
14-12-2023, 14:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər