Yunanıstanda iki Türkiyə vətəndaşı həbs edildi – Biri DHKP-C üzvü ola bilər
Yunanıstanda iki Türkiyə vətəndaşı həbs edilib.
Yunanıstanın “Skai” telekanalı xəbər verir ki, onlardan biri İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror qruplaşması ilə əlaqədə olmaqda ittiham olunur.
Bildirilib ki, barəsində həbs qərarı çıxarılan 56 yaşlı şəxs terror fəaliyyətində - silah və partlayıcı maddələrin tədarükü, daşınması, həmçinin DHKP-C terror təşkilatını maliyyələşdirməkdə ittiham olunur.
Qeyd olunur ki, daha əvvəl 54 yaşlı başqa bir Türkiyəli Xalkida şəhər məhkəməsi tərəfindən “işçilərə qarşı zorakılıq, bədən xəsarəti yetirmək və ictimai əmlaka ziyan vurmaq” ittihamı ilə məhkum edilib.
Hər iki Türkiyə vətəndaşı Zorakılıq Cinayətləri ilə Mübarizə üzrə Xüsusi İdarənin əməkdaşları tərəfindən həbs edilib. Bundan əlavə, hər iki türk daha əvvəl barmaq izlərini təqdim etmək üçün miqrasiya şöbəsinə gəlməyiblər.
Saxlanılan şəxslərdən saxta şəxsiyyət sənədləri, mobil cihazlar və yaddaş kartları, bibər qazı, pul aşkar edilərək götürülüb. Həbs olunan, ad və soyadları açıqlanmayan şəxslər ifadə vermələri üçün prokurorluğun istintaq şöbəsinə aparılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2023, 08:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.