reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kadırovun 16 yaşlı oğluna yüksək vəzifə verildi

reklam

Kadırovun 16 yaşlı oğluna yüksək vəzifə verildi


















Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib.

TASS xəbər verir ki, bu barədə vilayət parlamentinin sədri Maqomed Davudov məlumat verib.

“Əziz qardaşım oğlu Adam Kadırov Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib. Adam böyük Kadırovlar ailəsinin və bütün çeçen xalqının layiqli nümayəndəsi olduğunu praktikada göstərib və sübut edib. O. güclü, prinsipial xasiyyəti, respublikamız və bütün Vətən üçün faydalı olmaq səmimi istəyi seçilir”, - deyə Davudov bildirib.

O, A. Kadırovun konkret olaraq hansı vəzifəyə təyin olunduğunu qeyd etməyib.

Çeçenistanın səhiyyə naziri Adam Alxanov Adam Kadırovu təbrik edərək, Çeçenistan Respublikasının başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb.




Paylaş:


Müəllif : Tarix:
5-11-2023, 16:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər