“Prezidentin adından yayılan video saxtadır” – Rəsmi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyi açıqlama yayıb.
RegionXəbərləricom.az açıqlamanı təqdim edir:
"Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış video müraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan video müraciət “deepfake” texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
“Deepfake” texnologiyalarından istifadə edilməsi yolu ilə müxtəlif şəxslərin adından saxta videoların hazırlanması və yayılması halı 44 günlük Vətən Müharibəsi dövründə də müəyyən edilərək qarşısı alınmışdır və hazırda da bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən “deepfake”lərə qarşı müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılmaqdadır.
Qeyd olunan saxta və yalan video müraciət və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2023, 14:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video