Mikayıl Cabbarov Qaribaşvili ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Baş nazir iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini, tərəfdaşlığın inkişafı istiqamətlərini qeyd edib. Görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri, SOCAR-ın Gürcüstandakı fəaliyyəti, həyata keçirilmiş layihələr, habelə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2023, 21:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb