reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ətin bahalığı toyuq satışını artırıb: - Əhali seçim qarşısında qalıb

reklam

Ətin bahalığı toyuq satışını artırıb: - Əhali seçim qarşısında qalıb


Azərbaycan Rusiyadan toyuq ətinin idxalını kəskin artırıb.

Qeyd edək ki, bir müddət öncə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İtaliyanın Toskana, Seneqalın Louqa, Çilinin Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentinanın Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstanın Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınmışdı ki, bu ölkələrdən quş əti idxalı ilə bağlı təhlükə yaradırdı.

Azərbaycana isə əsasən, Ukrayna, Braziliya, Belarus, Rusiya və Türkiyədən quş əti idxal edilir.

Hazırda ölkədə kifayət qədər quş əti istehsal edilməsinə baxmayaraq, başqa ölkələrdən idxalın artması, hətta onların qiymətlərinin də daha ucuzluğu maraq doğurur.

Hazırda Rusiyadan idxalın artması yerli istehsalın azalması, yoxsa “işbaz”ların fəaliyyəti ilə bağlıdır?

Məlumata görə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Cebhe.info-ya bildirdi ki, ölkəyə Rusiya, Belarus və digər ölkələrdən toyuq idxalı artıb:

“Həm mal-qoyun ətinin qiymətinin qalxması və quş ətinin ucuz olması insanların daha çox toyuq əti istehlakına şərait yaradıb. Bundan başqa həm də daha sağlıqlı olduğu üçün əhalinin qırmızı ət istehlakına marağı azalıb. Hazırda toyuq əti istehsalında heç bir problem yoxdur, sadəcə istehlak artıb.

Ümumiyyətlə, biz bu gün aylıq 15 min ton toyuq əti istehsal edə bilərik. Hazırda 765 fermadan çox işlək fermamız var. Ona uyğun kəsimxanalarımız var.

Aylıq 15 min ton ət o deməkdir ki, biz illik 180 min ton istehsal edə bilərik. Hazırda illik cücə istehsalında, inkubator sexlərinin olması 280 min ton cücə istehsalına imkan verir. Yəni bu sahədə heç bir problem yoxdur. Ölkənin toyuğa olan tələbatı 150-160 min tondur.

Ümumiyyətlə, istehsalda problem yoxdur. İstehlaka bağlı artım yaranıb ki, bu da yaxın 1- 2 ayda normaya düşəcək”.

Metro kənarlarında ucuz qiymətə satılan toyuqlara gəldikdə isə M.Həsənli deyir ki, onlar əsasən Belarusdan gətirilən yumurtadan kəsilmiş, ikinci növ toyuqlardır:

“Onun qarşısını bəzən alırlar, bəzən bizim işbazlar yenə də gətirirlər.

Ümumiyyətlə, həmin toyuqlar iki illik, 24 aylıq toyuqlardır. Bu toyuqları əsasən Afrika ölkələrinə göndərirdilər. Ancaq son vaxtlar bizim “işbazlar” da qiyməti ucuz olduğuna gətirib burada 3-ü 9-10 manata satırlar”.




Paylaş:


Müəllif : Tarix:
3-05-2023, 16:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər