reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ucarda Novruz bayramı şənliyi keçirilib-(fotolar)

reklam

Ucarda Novruz bayramı şənliyi keçirilib-(fotolar)

19 mart 2019-cu il tarixdə Ucarlılar Novruz adətlərinə uyğun olaraq bayram tədbiri keçirdilər. Rayon İcra Hakimiyyətinin Başçısı və rayon fəalları əvvəlcə Heydər Əliyevin abidəsi önünə çiçəklər qoydular.
 
Heydər Əliyev meydanına toplaşan minlərlə ucarlını icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bayram münasibəti ilə təbrik etdi.  
Meydanda bahar tonqalı alovlandırıldi. Bahar qızı xalqımıza bol ruzi, əminamanlıq arzuladı.
 
Keçəl və kosanın məzəli oyunları, idmançıların çıxışları, baharı tərənnüm edən poeziya nümunələri və digər novruz adətlərinin icrası şənliyi daha da yadda qalan edib. Meydan boyu müxtəlif kəndlərdən gəlmiş sakinlər yuxa, qutab, aş, şəkərbura və paxlava bişiriblər. Məktəblilərin və uşaq baxçalarında təlim tərbiyə alan körpələrin əl işlərindən ibarət sərgilər maraqla qarşılanıb. Novruzun qədimliyindən və milli adət-ənənələrimizin zənginliyindən soraq verən ayrı-ayrı səhnələr iştirakçılarda xoş hisslər yaradıb.

regionxeberlericom.az

























Paylaş:


Müəllif : Tarix:
19-03-2019, 11:53
Sikayət   


loading...
Загрузка...