reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 7 aprel

reklam

Bürclər- 7 aprel












Qoç

Bu gün partnyorluq, ortaqlıq, evlilik, məhkəmə məsələləri ilə bağlı qəfil xərcləriniz ortaya çıxa bilər.

Digər tərəfdən isə maliyyə resurslarınızla bağlı daimi qazanc əldə edə biləcəyiniz fürsətlərlə qarşılaşa bilərsiniz. Ailə, ev, daşınmaz əmlakla bağlı bəzi sıxıntılarınız olacaq. Amma kədərlənməyin, bu da keçəcək...

Yeni planlaşdırmalar üçün yaxşı bir gün olacaq. Təşəbbüsü əlinizdən verməyin və heç bir halda geri addım atmayın.

Bu qədər də rahat olmayın və ikinci dərəcəli işlərlə diqqətinizi yayındırmayın. İndi itirilənləri gələcəkdə qazanmaq çox çətin olacaq.

Buğa

Əziz Buğalar, bu gün iş həyatı, gündəlik işlərinizlə bağlı ani hadisələr baş verə bilər.

Bu səbəbdən də, gün içində diqqətli olmağınız tövsiyyə edilir.

Təhsil, səyahət və ya yaxınlarınızla ünsiyyətdə bəzi problemlər ön plana çıxa bilər.

Maddi vəziyyətinizdə nəzərəçarpacaq yaxşılaşma ehtimalı var. Məqsədə çatmaq üçün bütün mümkün variantlardan, eləcə də öz ixtiralarınızdan istifadə edin. Bununla belə, risk etməməlisiniz. Həddindən artıq israfçılıq və eqoizm sizi oyuna sala bilər. Başqaları ilə ünsiyyət qurarkən nəzakətli və diqqətli olun.

Çalışın bu gün çox pul xərcləməyin. Çünki sonradan bu günki xərcləmələrinizə peşman ola bilərsiniz.

Əkizlər

Bu gün həyatınızdakı sevgi, uşaqlarınız, hobbilərinizlə bağlı ani dəyişikliklər və hadisələr baş verə bilər. Düşdüyünüz situasiya sizi pul xərcləmək məcburiyyətində qoya bilər.

Kareyarayınız üçün də narahatlıqların olacağı gözlənilir. Odur ki, bu gün rəhbərinizlə mülayim davranmağa, daha doğrusu, gözünə bacardıqca az görünməyə çalışın.

Elm və incəsənət sahəsində olan Əkizlər bu gün çox şey əldə edəcəklər. Sizi sərfəli iş təklifləri gözləyir, lakin alınan məlumatları diqqətlə yoxlayın və nəticə çıxarmağa tələsməyin. Səs-küylü və izdihamlı şirkətlərdən çəkinin.

Xərçəng

Bu gün ev, ailə, daşınmaz əmlakla bağlı müzakirələriniz olacaq. Təhsil, səyahət, maliyyə ilə bağlı qəfil fürsətlərlə qarşılaşa bilərsiniz. Odur ki, diqqətli olun və fürsətləri qaçırmayın.

İmmunitet sisteminizlə bağlı bəzi problemlər müşahidə edilə bilər. Baş ağrısı müşahidə edilə bilər və ya özünüzü pis hiss edə bilərsiniz.

İnsanlarla münasibətdə diqqətli olun. Yanlış məlumat, yalan və hiylə ehtimalı var. Bu gün heç bir mübahisə və müzakirələrə qarışmamaq və gözləmə mövqeyi tutmaq daha yaxşıdır, əks halda hər şey sizin əleyhinizə çevriləcək..

Şir

Bu gün yaxınlarınızla bağlı müəyyən qərarlar verəcəksiniz. Düşdüyünüz vəziyyətlə barışmaqda çətinlik çəkə bilərsiniz. Çalışın bu gün az yeyin. Mədənizdə problem yarana bilər. Karyeranızda problemlərlə qarşılaşa bilərsiniz.

Uşaqlarınızla bağlı sevindirici xəbərlər alacağınız gözlənilir. Gözlənilən işləri uğurla başa çatdıra və ya sizə əzab verən bütün suallara cavab tapacağınız bir gündəsiniz.

Özünüzlə bağlı xoşagəlməz vəziyyətlərlə qarşılaşsanız, qəti qərarlar verməyin. Özünüzü pis hiss edirsinizsə, həkimə müraciət edin. Xəstəlik uzun görünür.

Qız

Bu gün pul və qazancınızla bağlı yeni qərarlar verə bilərsiniz. Xərcləriniz sosial mühitə, cəmiyyətə, olduğunuz yerlərə uyğun olaraq arta bilər.

Təhsil, səyahət, hüquqi məsələlərlə bağlı problemlərlə qarşılaşsanız belə, dərhal vəziyyətdən çıxa biləcəksiniz. Gün sizə uğur gətirəcək.

Gün kosmik enerji ilə doludur. Belə ki, müalicə kursunun başlanğıcı və xəstəliklərin qarşısının alınmasına başlamaq üçün uyğun gündür. Bu gün üzərinizə götürdüyünüz öhdəliklərin hamısını həyata keçriə biləcəksiniz.

Gərginliyiniz anlaşılandır.

Tərəzi

Bu gün özünüzü rahat ifadə edirsiniz. İş həyatınızda səlahiyyətlə bağlı problemlər ola bilər.

Eyni zamanda qəfil maliyyə problemləri yaranacağı da gözlənilir. Bu gün sağlamlığınıza da diqqət yetirməlisiniz.

Biznes sahəsində fəaliyyətdən çəkinin. Yaxınlarınızla münaqişəli vəziyyətlərin həlli üçün əlverişli gündür. Günün ikinci yarısını sevdiyiniz insan, ailə, uşaqlarla sıx ünsiyyətə həsr edin.

Təsir altına düşə bilərsiniz.

Əqrəb

Bu gün özünüzü tək hiss edə, hisslərinizi ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Ev, ailə, daşınmaz əmlak məsələlərində bəzi problemlər yarana bilər. İş həyatınızda və ya tərəfdaşınızla ünsiyyət problemlərinə diqqət yetirin. Səyahət, təhsil, hüquqla bağlı qəfil problemlər yarana bilər.

Baş verə biləcək problemlər sizi əsəbiləşdirəcək, ya da mənəvi cəhətdən məhv edəcək. Kənardan təklif edilən yardımlara güvənməyin, yalnız intuisiyanıza və ağlınıza etibar edin. Digər insanlarla münasibətlərdə nəciblik göstərin.

Oxatan

Bu gün dostlarınızla vaxt keçirə bilərsiniz. Sosial mühitinizə görə xərcləriniz arta bilər. İş və ya eşq həyatınızda ünsiyyət problemlərinə diqqət etməlisiniz. Səyahət və təhsilinizlə bağlı qəfil problemlər ortaya çıxa bilər. Odur ki, bu gün diqqətli olmağınız tövsiyyə edilir.

Günün ikili xarakteri var. Səfərlər, yeni tanışlıqlar və ya köhnə dostlarla görüşlər ehtimal olunur. Lakin bütün bunlar xeyli vəsait tələb edəcək. Buna görə də seçimlərinizi əvvəlcədən hesablayın.

Oğlaq

Karyera və iş həyatınız bu gün ön plana çıxır. Tərəfdaşlarınızdan biri ilə mübahisə edə bilərsiniz. Bundan əlavə, hobbiləriniz, uşaqlarınız və ya sevgi ilə bağlı qəfil qərarlar verə bilərsiniz.

Dövlət qurumları və ya ictimai təşkilatlarla əlaqə saxlamaq üçün əlverişli gündür. Həyat potensialı getdikcə artır. Uğurlar, güc artımı, ətrafınızdakılara qalib gəlmək imkanı var. Gün sevimli iş və ya məşğuliyyət vəd edir.

Dolça

Bu gün hüquqi məsələlərlə bağlı gözlənilməz vəziyyətlər yarana bilər. Qəfil xərcləriniz olacaq.

Ailədə anlaşılmazlıqlardan çəkinin. Ev dəyişikliyi, ev alqı-satqısı məsələlərində günümüzə xas bəzi sıxıntılarınız olacaq.

Digər tərəfdən gün özünü reallaşdırmaq, müəyyən fəaliyyət sahələrində qabiliyyətlərin təzahürü, yaradıcı potensialın üzə çıxarılması üçün əlverişlidir. Ola bilsin ki, sizi səfərə çıxaracaq vacib bir mesaj alacaqsınız. Dolça qadınları, bu gün kişilər sizə xüsui diqqətli davranacaq.

Balıq

Gün içində səhhətinizdə problemlər yarana bilər. Sevgi məsələləri ilə bağlı ani qərarlar verə bilərsiniz.

Dözümlü olmalı və vəsvəsələrdən əl çəkməyi öyrənməlisiniz. İdeyaların reallaşması üçün əlverişli gündür. Bütün fəaliyyət sahələrində aktiv hərəkətlərdən çəkinmək daha yaxşıdır, əks halda enerji sərf edə bilərsiniz.

Ulduzlar lazımsız münasibətlrədən imtina etməyi tövsiyə edir.




Paylaş:


Müəllif : Tarix:
6-04-2023, 23:56
Sikayət   


loading...
Загрузка...