Penitensiar Xidmət aclığı dayandırması ilə bağlı müraciəti yaymaqdan imtina etdi
Xəbər verdiyimiz kimi, Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov dekabrın 18-də açıqlamasında həbsdə olan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığını bildirib. O əlavə edib ki, B. Hacıyev dekabrın 18-də rəsmi olaraq müraciət eləyib və aclığı dayandırıb. B. Hacıyevin vəkili Aqil Layıc isə ötən gün sosial şəbəkə hesabında açıqlama yayaraq bu məlumatı təkzib edib. Tərəflərin verdiyi ziddiyyətli açıqlamalar ictimaiyyətdə də çaşqınlıq yaradıb.
Yeniavaz.com çaşqınlığın aradan qaldırılması məqsədilə B. Hacıyevin aclığı dayandırmaqla bağlı müraciət etdiyi sənədin surətinin əldə edilməsi üçün Penitensiar Xidmətə müraciət edib.
Xidmətdən müraciətimizə cavab olaraq bildirilib ki, ictimai fəalın aclığı dayandırmasını əks etdirən müraciətinin surəti rəsmi sənəddir:
"Həmin sənədin yayılması Penitensiar Xidmətin səlahiyyətləri çərçivəsində deyil".
Qeyd edək ki, "İctimai Siyasət İnstitutu"nun rəhbəri Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-12-2022, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO