Paşinyan istintaq çərçivəsində dindirildi
Ermənistanın Baş naziri Nikol Paşinyan şahid qismində İstintaq Komitəsində dindirilib.
Bu barədə “Azadlıq radiosu”nun Ermənistan xidmətinin sorğusuna cavab olaraq İstintaq Komitəsindən bildirilib.
Məlumata görə, İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
İdarənin rəhbəri Rafael Vardanyan bildirib ki, bu proses çərçivəsində baş nazir Paşinyan şahid qismində dindirilib.
Xatırladaq ki, aprel ayından aylardır hökumət binası və Baş Prokurorluq qarşısında müxtəlif aksiyalar keçirən həlak olan hərbçilərin yaxınları Paşinyanın dindirilməsini, təqsirləndirilən şəxs qismində cəlb olunmasını tələb ediblər.
Həmin günlərdə o vaxtkı baş prokuror Artur Davtyan həlak olanların yaxınları ilə prokurorluğun yanında görüşüb, bundan sonra həlak olanların yaxınlarının ifadəsini öyrənərək, onları zərərçəkmiş kimi cəlb etmək qərarına gəlib və İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyana baş nazir Paşinyanı dindirməyi tapşırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2022, 18:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB