reklam
Regionxeberlericom.az » Cəmiyyət » “ABŞ-nin başsağlığını qəbul etmirik” - Süleyman Soylu

reklam

“ABŞ-nin başsağlığını qəbul etmirik” - Süleyman Soylu

















“Hadisənin haradan və necə koordinasiya edildiyini bilirik. Biz bizə verilən mesajı bilirik. Bizə verilən mesajı aldıq”.

RegionXəbərləricom.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktının baş verdiyi İstiqlal küçəsində jurnalistlərə açıqlamasında bildirib.

Soylu qeyd edib ki, Türkiyə ABŞ səfirliyinin başsağlığını qəbul etmir: “Biz heç kimin düşməni deyilik, kimsənin torpağında gözümüz yoxdur, heç kimə də xainlik etmirik. Amma bu xainliyə də göz yumacaq gücümüzün qalmadığını da bildirmək istəyirəm”. 

Onun sözlərinə görə, əməliyyatlar hazırda davam edir: “Terrorçular saxlanıldı. Əgər onları saxlamasaydıq, bu gün Yunanıstana qaçacaqdılar. Necə və hansı şəkildə koordinasiya edildiyini bildiyimiz terror strukturu ilə qarşı-qarşıyayıq”.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.




Paylaş:


Müəllif : Tarix:
14-11-2022, 14:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər