“Hərbçilərə verilən “çörək pulu” ilə məşğuluq”

“Qazan təminatı” (Hərbçilərə verilən “çörək pulu” - red.) məsələsi ilə məşğuluq. Yəqin ki, burada müəyyən təkliflər olacaq”.
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
“Cənab Prezidentin tapşırığı ondan ibarətdir ki, hərbi sahəyə xüsusi diqqət yetirilsin. Bu istiqamətdə də müvafiq işlər görülür. Hərbçilərin sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində hər il, ordumuzda 20 il xidmət keçən hərbi qulluqçulara mənzillər verilir. Bu proqram hər il davam etdirilir. Bu məsələyə də biz baxacağıq və müvafiq təkliflər olacaq”, - deyə maliyyə naziri bildirib.
Qeyd edək ki, daha əvvəl çıxış edən millət vəkili Məlahət İbrahimqızı hərbçilərə verilən “çörək pulu”nun az olmasını qeyd edib. O vurğulayıb ki, bu vəsaitin artırılmasına baxmayaraq, hələ də hərbçilərə gündəlik 0,60 manat çörək pulu verilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2022, 16:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB