reklam
Regionxeberlericom.az » Cəmiyyət » Britaniya yeni baş naziri qəbul etmir – “Seçki yenidən keçirilsin”

reklam

Britaniya yeni baş naziri qəbul etmir – “Seçki yenidən keçirilsin”


















Böyük Britaniya daxilində siyasi proseslər başgicəlləndirici sürətlə irəliləyir. Son iki ay ərzində üçüncü baş nazir hakimiyyət başına keçib.

Hind əsilli siyasətçi Rişi Sunakın baş nazir seçilməsi britaniyalılar arasında narazılığa səbəb olub.

Britaniyada gedən müzakirələrdə ən çox verilən sual budur: “Rişi Sunaka kim səs verdi?”

Britaniya xalqı səs vermədiyi baş nazirdən şikayətlənir. Hakim Mühafizəkarlar Partiyası baş naziri seçdikdən sonra müxalifət növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Britaniyada parlament idarəetmə sistemi sorğulanır.

Ölkədə ümumi seçkilərin tez bir zamanda keçirilməsini tələb edənlər petisiyaya başlayıblar. Son məlumata görə, 890 mindən çox imza toplanıb.

Müxalifətdəki Leyboristlər Partiyası, Liberal Demokrat Partiyası və parlamentdə üçüncü ən böyük qrup olan Şotlandiya Milli Partiyası da erkən seçki tələbləri səsləndirib.

Britaniya mətbuatında da xalqın baş naziri seçməməsi tənqid olunur. "İndependent" qəzeti yazır:

“Mühafizəkarlar Partiyasından olan 202 deputat Rişi Sunakın baş nazir olmasını təmin edib. Amma 425 mindən çox oxucumuz ümumi seçkilərin keçirilməsini istəyir”.

Leyboristlər Partiyasını dəstəkləyən “Daily Mirror” isə neçə gündür bu suala cavab axtarır:

“Rişi Sunaka kim səs verdi?”

Demokratiyanın beşiyi sayılan Britaniyada ilk dəfə deyil ki, baş nazir seçkisiz müəyyən edilir. 2016-cı ildə baş nazir Devid Kemeron Avropa Birliyindən çıxmaq qərarını (Breksit) açıqladıqdan sonra başlayan etirazlarla istefa vermişdi. Kemeronun istefasından sonra Tereza Mey baş nazir olmuşdu.





Paylaş:


Müəllif : Tarix:
29-10-2022, 11:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər