“İmam Mehdi gələrsə, gərək birinci İrandan başlasın”
“Əfsuslar olsun ki, bizi əhatə edən bəzi ölkələr Azərbaycanda baş verən müsbət dəyişikliklərdə başqa faktorlar axtarırlar”.
RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov deyib ki, İrana yer qəhətdir ki, gəlib 5 metrlik Araz sahilində təlimlər keçirir:
“İranın o boyda ərazisi var. Get Kiş adasında keçir, Hind okeanının sahillərində keçir! Arazın kənarında belə təlimlərin keçirilməsinə nə ehtiyac var?! Orada nümayiş olunan texnikaya, keçidlərə, Araz çayı üzərində körpülərə nə ehtiyac var?! Araz çayını velosipedlə də keçmək olar. Orada körpü salıb tank keçirməyin nümayiş etdirilməsinin heç bir əsas yoxdur. Bu artistliyin heç bir yeri yoxdur! Bununla da heç kimə hədə-qorxu gəlmək mümkün deyil. Adlarını İslam ordusu, Mehdi ordusu qoyublarsa, Azərbaycan torpaqlarında işğal zamanı qəbirlər, məscidlər təhqir olunanda bu İslam ordusu niyə hərəkət keçmirdi? Əgər Mehdinin adından istifadə edirsə, o zaman Mehdi gələrsə, gərək birinci İrandan başlasın. Biz həm İslama sadiqik, həm dünyanın ən yaxşı dini forması Azərbaycandadır və biz bu yola davam edirik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-10-2022, 13:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB