Masallıda gənc eko-səfirlərin hazırlanması təlimləri başa çatıb - FOTOLAR
17 oktyabr 2022-ci ildə Masallı şəhərində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “SƏHRALAŞMAYAQ” gənc eko-səfirlərin hazırlanması layihəsinin təlimləri başa çatmışdır.
Üç günlük davam edən təlimlər 15, 16 və 17 oktyabr 2022-ci tarixlərində keçirilmişdir. Layihənin müddəti iki ay olmaqla 01 sentyabr – 01 noyabr 2022-ci il tarixləri əhatə edir.
Bu barədə məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci Ələkbər oğlu qeyd etmişdir ki, təlim onlayn müraciətlər içərisindən Astara, Lənkəran, Masallı, Yardımlı və Biləsuvar rayonlarından seçilmiş 20 nəfər gəncin iştirakı ilə keçirilmişdir. Layihənin məqsədi ətraf mühitin səhralaşmasına qarşı gənc nəslin diqqətini cəlb etmək, bu sahədə ictimai nəzarətin aparılmasında gənclərin fəallığının artırılmasıdır. Layihə keçirilən təlimlərdə enercayzerlərlə və qrup işləri ilə yanaşı yanaşı gənclər və gənclər siyasəti, könüllülük və gənclərin könüllülük fəaliyyəti, ekoloji vəziyyət və ekoloji siyasət, ekoloji sistem, ətraf mühit, onun qorunması və ekoloji tarazlığın saxlanılması, ətraf mühirin qorunmasında gənclərin könüllülük fəaliyyətinin artırılması, gənclərin yaşıl iş yerləri barədə məlumatlandırlması, təbii sərvətlər və onlardan səmərəli istifadə, ölkəmizin ekoturizm və turizm potensialı,”qlobal, regional, milli və lokal problemlər və onların həlli yolları”, ictimai nəzarət və gənclərin ekosəfir kimi fəaliyyəti mövzularında gənclərə təlimlər keçirilmişdir. Təlimlər uyğun mövzular üzrə təlimçilər Samir Axundov və Afiq Məlikov tərəfindən keçirilmişdir.Layihənin davamlılığının təmin eilməsi və gənclər arasında şəbəkələşmənin aparılması məqsədi ilə facebook sosial şəbəkəsində “SƏHRALAŞMAYAN GƏNCLİK” adlı qrup yaradılmışdır.
“Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi.

Paylaş:
Müəllif : Fuad
Tarix:18-10-2022, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?