Ankarada Rəsulzadə adına liseyin binası söküldü - Foto

Ankarada Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan liseyin binası sökülüb.
"Qafqazinfo" Teleqraf.com-a istinadən məlumat verir ki, liseyin şagirdləri hazırda müvəqqəti olaraq başqa binada oxuyurlar. Məktəbdən verilən məlumata görə, söküntüyə səbəb zəlzələyə davamlı olmayan binanın uçmaq təhlükəsi ilə üzləşməsidir.
Yeni binanın inşası 2023-cü ilin büdcəsində nəzərdə tutulub. Bina tikiləndən sonra liseyin yenə də Rəsulzadənin adını daşıyacağı güman edilir.
Qeyd edək ki, Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə liseyi 1993-1994-cü təhsil ilindən etibarən fəaliyyət göstərib.Məktəb Ankaranın Keçiören rayonunun Fethiye Kemal Mumcu Anadolu liseyindən və digər bölgələrdən gələn 483 şagird, iki idarəçi və 4 müəllimlə birlikdə fəaliyyətə başlayıb, hazırda Türkiyənin paytaxtında təhsilinin keyfiyyətinə görə ikinci yerdədir. Hazırda liseydə 605 şagird, üç idarəçi və 5 müəllim çalışır.

Paylaş:
Müəllif : Fuad
Tarix:18-10-2022, 15:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB