reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qırğızıstan Prezidenti Putinin ad gününə getmir

reklam

Qırğızıstan Prezidenti Putinin ad gününə getmir


















Xəbər verdiyimiz kimi, bu gün, Rusiya Prezidenti Vladimir Putinin doğum günündə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Qırğızıstan Prezidenti Sadır Japarov MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək.

Bu barədə Qırğızıstan liderinin sözçüsü Erbol Sultanbayev məlumat verib.

“İş qrafiki ilə əlaqədar Qırğızıstan prezidenti Sadır Japarov MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək”, - Sultanbayev bildirib.

Onun sözlərinə görə, dövlət katibi Suyunbek Kasmambetov Rusiya Prezidenti Vladimir Putinin 70 illik yubileyi münasibətilə dövlət başçısının təbrik məktubunu çatdırmaq üçün Qırğızıstan tərəfdən göndərilib.

Qeyd edək ki, oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olur.




Paylaş:


Müəllif : Tarix:
7-10-2022, 11:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər