İranda etirazlar davam edir - 41 nəfər ölüb
İranda hicab geyinməməkdə günahlandırılan gənc qadının həbsdə öldürülməsindən sonra bir həftədir davam edən etirazlarda 41 nəfər ölüb.
"Qeyri-rəsmi" olduğu deyilən bu rəqəm, hakimiyyət orqanlarının və dövlətə bağlı xəbər agentliklərinin təsdiqlədiyi rəqəmdən daha yüksəkdir. Rəsmi rəqəmlərə görə isə ən azı 16 nəfər iğtişaşlar zamanı ölüb ki, bunlardan doqquzu təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Qeyd edək ki, etirazlar kürd əsilli 22 yaşlı Məhsa Əmininin qadınların İslami geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbs olunduqdan sonra ölməsindən sonra başlayıb və qısa müddətdə ölkənin bütün əyalətlərinə yayılıb.
Bir çox iranlı onun komaya düşməsi vədörd gün sonra xəstəxanada ölməsi ilə bağlı rəsmi açıqlamaya inanmır. Etirazçılar Əminin həbsdə olarkən döyüldüyünü və aldığı xəsarətlərdən öldüyünü iddia edirlər. Səlahiyyətlilər isə bu iddiaları rədd edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-09-2022, 19:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT