reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Rəisin otağında oğluma deyiblər ki, onsuz da səni tutacayıq, boynuna al" - Video

reklam

"Rəisin otağında oğluma deyiblər ki, onsuz da səni tutacayıq, boynuna al" - Video

















Emilya İsgəndərova oğlunun qanunsuz həbs olunmasından şikayət edir.

Yeniavaz.com xəbər verir ki, o, Toplum TV-yə bu barədə danışarkən, oğlu Namiq Rüstəmovu sentyabrın 12-də Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının tutduqlarını deyib. O bildirir ki, polislər, oğlunun üzərində metanfetamin aşkar edildiyini deyiblər.  

Emilya İsgəndərova isə oğlunun üzərində narkotik olmadığını bildirir. Onun sözlərinə görə, oğlunun ifadəsi hədə-qorxu ilə alınıb: 

"Şəxsən rəisin otağına aparıblar. Deyiblər ki, biz onsuz da səni tutacayıq, boynuna al, zor tətbiq ediblər."  

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov isə vətəndaşların iddialarını təkzib edib:  

"O tam səmimi bunu etiraf edib, məhkəmədə vətəndaş etiraf edib. Ailəsinin polis əməkdaşları barədə dedikləri həqiqətəuyğun deyil".  

 Emilya İsgəndərova oğlunun azadlığını tələb edib:

"Oğlum adam öldürməyib. Siz bunu sübuta yetirin, sonra tutun da, haqsızlıqdır, polisin haqsızlığı".

Baş inspektor Eşqin Qasımov Namiq Rüstəmovun həm də Goranboy rayonunda bir neçə cinayət hadisəsində sübhəli bilindiyini deyir:  

"Namiq Rüstəmov Goranboy rayonunda bir neçə oğurluq hadisəsində iştirak etməkdə şübhəli bilinir. Saxlanılan şəxs ətrafında əməliyyat-instintaq tədbirləri davam etdirilir".




Paylaş:


Müəllif : Tarix:
25-09-2022, 10:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər