Əsirlikdən azad edilən 5 zabit Ukraynaya qayıtmayacaq - Onları Ərdoğan qoruyacaq

Ötən gün Rusiya ilə əsir mübadiləsi zamanı dəyişdirilən 5 ukraynalı zabit müharibə bitənə qədər ölkəyə qayıtmayacaq.
Bunu xalqa videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“200 əsgərdən əlavə, daha beş döyüş komandirini geri qaytardıq. Bunlar beş superqəhrəmandır. Onların müqabilində nə rəhm etməyə, nə rəğbətə, nə də heç bir sözə layiq olmayanlardan 55-ni verdik” – Zelenski deyib.
Prezident həmçinin bildirib ki, Ukrayna Türkiyə ilə razılaşıb ki, azad edilən komandirlər müharibənin sonuna qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsində olacaqlar.
“Bu barədə Prezident Ərdoğanla danışdım ki, əsirlikdən azad edilən 5 komandirimiz tam təhlükəsiz, rahat şəraitdə və Türkiyə Prezidentinin şəxsi himayəsində olacaq. Hələlik müharibənin sonuna qədər. Lakin biz onların ailələrinə onları görmək imkanı verəcəyik”, - deyə Zelenski vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-09-2022, 08:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB