reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah hava necə olacaq?

reklam

Sabah hava necə olacaq?















Sentyabrın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuzhava şəraiti müşahidə olunacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.




Paylaş:


Müəllif : Tarix:
16-09-2022, 14:11
Sikayət   


loading...
Загрузка...