İki oğlunu şəhid vermiş atanın təsirli çıxışı - Video

Vətən müharibəsində şəhid olmuş iki qardaş – Bəhrəm və İmanın atası Elman Məmmədovun çıxışı sosial şəbəkədə maraqla qarşılanıb.
O, “Təsir dairəsi” verilişində qonaq olarkən övladlarının seçdiyi yoldan danışıb:
“Onların seçdiyi vətən yolunda yaşamağa qərar tutdum. Əgər biz müstəqiliksə, bizim hər zaman şəhidimiz olacaq. İstəmiriksə şəhid gəlsin, bütün torpaqlarımızı paylayaq, qurtarsın. Necə ki, Sovetlər Birliyi dövründə nə şəhidimiz var idi, nə də heç nə. O qurum da, o dövr də bir dövr idi. Lakin bir millət kimi millətçiliyimiz əlimizdən alınmışdı. Biz dünyaya bir zaman gəlmişik, bir zaman da gedəcəyik.
Ölüm bizim son silahımızdır. Lazım olacaqsa, öləcəyik, amma bundan sonra bir qarış torpağımızı kimsəyə yem etməyəcəyik. Bu gün şəhid gəlir. Şəhid üçün ağlamaq lazım deyil. Şəhidi təmtəraqla dəfn etmək lazımdır. Qoy bütün gənclər, nəsillər bilsin ki, o kimdir. Şəhidlərin məclisini vayla keçirmək lazım deyil. Şəhid döyüşə vayla girməyib, hayla girib. Biz şəhidi vayla dəfn etməyək. Şəhid heç vaxt ölmür, ölməyəcək də”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2022, 12:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB