Nazirlə deputat arasında qalmaqal: “Bizi əl çalmağa çağırmışınız!”
Bu gün “Marriott Hotel”də Bakı şəhər Təhsil İdarəsinin sentyabr konfransı keçirilib. Elm və təhsil nazirinin iştirak etdiyi konfransa Milli Məclisin 10-a yaxın deputatı da dəvət olunub.
Tədbirdə iştirak şəxslərdən biri məlumat verib ki, konfransda qalmaqal baş verib. Tədbirə dəvətlilər sırasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev də olub. Lakin tədbir boyu ona çıxış üçün söz verilməyib.
Bunu isə deputatlar özlərinə qarşı hörmətsizlik kimi qəbul ediblər: “Hətta deputatlardan biri buna açıq şəkildə etiraz edərək nazirə iradını bildirdi və bunun Milli Məclisə və qanunverici orqana qarşı hörmətsizlik kimi qəbul etdiyini dilə gətirdi. Hətta bu etirazdan sonra da deputatlara söz verilmədi. Sanki deputatları həmin tədbirə sadəcə əl çalmaq üçün dəvət etmişdilər”.
Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil komitəsinin rəhbərləri əvvəllər - Ceyhun Bayramov və Mikayıl Cabbarovun vaxtında da bu tədbirlərə dəvət olunub və çıxış üçün imkan yaradılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2022, 14:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB