reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Dedi ki, parkinqə görə YPX-lərə pul verirəm, bu yer mənimdir"

reklam

"Dedi ki, parkinqə görə YPX-lərə pul verirəm, bu yer mənimdir"

















“Bir görüşə gedirdim. Yol kənarında park etdiyim avtomobilə yaxınlaşanda taksi sürücüsü “çıxırsınız?” soruşdu. Mən də çıxacağımı dedim. Dedi ki, bu yer mənimdir, bayaqdan gözləyirəm, çıxasınız. Zarafatla "özəlləşdirmisiniz, deyəsən" deyəndə, ciddi-ciddi "bu yerə görə YPX-lərə pul verirəm, siz istəsəniz, qarşı tərəfdəki parkinqdə saxlayın" dedi. Qarşı tərəfdə parkinqə baxan şəxs isə rayon polis rəisinin ondan aylıq ödəniş aldığını deyir”.

Bunu ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

“Daxili İşlər Nazirliyinə (DİN) bu barədə məlumat vermişdim, araşdıracaqlarını bildirmişdilər. Onlar araşdırsaydılar, bilərdik, hansı əraziləri hansı rəislər kurasiya edir, YPX-dan küçə kənarında yer bron eləməyin aylıq qiyməti nə qədərdir? İmkan olsa, 2-3 dənə yer, 2-3 işçi götürüb, biz də işlədərdik, rəisin də aylıq ödənişini edərdik vaxtında”, - paylaşımda bildirilib.

Xatırladaq ki, B.Hacıyev daha əvvəl də “parkovşik”lərin parklanma zamanı sürücülərdən pul yığması barədə paylaşım edib.




Paylaş:


Müəllif : Tarix:
7-09-2022, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər