DTX müraciət etdi, özəl klinika 20 min manat cərimələndi
Gəncədə qeyri-qanunu fəaliyyət göstərən özəl klinika cərimələnib.
Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Səhiyyə Nazirliyinə Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən “Ankara Medik Lab” klinikasının lisenziyasız fəaliyyət göstərməsinə dair müraciət daxil olub.
Nazirliyin Tibbi Nəzarət şöbəsinin klinikada apardığı plandankənar yoxlamalar zamanı tibb müəssisəsinin həqiqətən lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilib. Bundan sonra klinikanın rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. Protokol daha sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə klinika 20 min manat cərimə edilib.(Qafqazinfo)
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2022, 14:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB