“Kömək etmək istəyəndə dedi ki, sizi də öldürərəm” - Video

Xəbər verdiyimiz kimi, Bakıda küçədə arvadı Nuridə Əhmədovanı bıçaqladıqdan sonra maşınla hadisə yerindən qaçan Araz İsazadə barəsində cinayət işi başlanılıb.
Hadisə şahidləri “ATV xəbər”ə danışıblar.
“Çöldən qadının qışqırıq səsləri gəldi. Maşının qapısı açıq vəziyyətdə idi. Qadını yerə yıxıb döyməyə, saçını yolmağa başladı. Ətrafdakılar ona kömək istəyəndə bıçaqla göstərdi ki, öldürərəm, kimsə yaxın gəlməsin. Qadının boğazının, əlinin, üzünün kəsildiyi halını gördüm”, - onlardan biri deyib.
“Qız yaxınlıqdakı hospitalda işləyir. Elə hospitalın yanında aralarında söz-söhbət olub, camaatın gözü önündə onu vurub”, - digəri bildirib.
Zərərçəkmişin müalicə olunduğu xəstəxananın baş həkimi Səməd Səmədovun sözlərinə görə, qadın çoxsaylı bədən xəsarətləri alsa da, xoşbəxtlikdən daxili orqanlar zədələnməyib.
Qeyd edək ki, avqustun 30-da 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-08-2022, 12:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB