Azərbaycanda vəzifəli şəxs arvadına görə istefa verdi - FOTO

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini işdən çıxıb. Lent.az-ın məlumatına görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayev Lənkəranda yaşamaq imkanına malik olmadığı üçün vəzifəsindən imtina edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.
Bildirilib ki, Famil İsayevin vəzifəsindən imtina etməsi həyat yoldaşının səhhəti ilə əlaqəlidir: “Onun həyat yoldaşının səhhətində problemlər var idi. İş yerinin yerləşdiyi ərazinin iqlimi yoldaşının xəstəliyinə uyğun olmadığı üçün ərizə yazaraq vəzifəsindən imtina edib”.
Xatırladaq ki, Famil İsayev bu ilin mayın 30-u Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Famil Kamal oğlu İsayev 2004-cu ildə Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə Ekologiya ixtisası üzrə magistr pilləsini bitirib.
O, peşəkar fəaliyyəti dövründə coğrafiya müəllimi, özəl təhsil sektorunda idarəçi, fənn metodisti, təlimçi, müxtəlif layihələrin rəhbəri və Təhsil İnstitutunun coğrafiya fənni üzrə vebinarının spikeri olub. Eyni zamanda ixtisası üzrə müxtəlif dərs vəsaitlərinin müəllifi və həmmüəllifidir. Qeyd edək ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi yaradılıb.

Paylaş:
Müəllif : Fuad
Tarix:23-08-2022, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB