İsti hava avqustun 20-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 20-dək davam edəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.
Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40, rayonlarda 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nin bəzi yerlərində 41-42, dağlarda isə 27-32 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
G.Məmmədovanın sözlərinə görə avqustun 14-də ölkə ərazisində havanın temperaturu iqlim normasından 3.8 dərəcə çox olub. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 38.5, Aran rayonlarında isə 40.3 dərəcəyə çatıb: “Aparılan çoxillik müşahidələrə görə, son illərdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 2017-ci il avqustun 9-da 42.6 dərəcə qeydə alınıb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-08-2022, 12:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB