Ukraynada öldürülən azərbaycanlı iş adamı Kürdəmirdə dəfn olundu
İyulun 30-u Ukraynanın Lvov şəhərində qətlə yetirilən 33 yaşlı azərbaycanlı iş adamı Sənan Qəniyevin cənazəsi ölkəyə gətirilib.
Uzun prosedurdan sonra mərhumun nəşi Polşaya, oradan Almaniyaya aparılıb və təyyarə ilə Bakıya gətirilib. Sənan Qəniyev dünən doğulub böyüdüyü Kürdəmir rayonunda dəfn edilib.
Qeyd edək ki, Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda orada iş adamı kimi fəaliyyət göstərib.
Qətl isə məişət xarakterli münaqişə zəminində qeydə alınıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı Barut Məsut saxlanılıb.
Bildirilir ki, hadisə təqsirləndirilən şəxsə aid olan restoranda baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şiş tipli alətlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumun ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-08-2022, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB