"Milla"nın 12,3 ton məhsulu yararsız olduğu üçün məhv edildi - Rəsmi
“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 70 adda, 12 min 237,27 kq müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu barədə AQTA-dan məlumat verilib.
Məlumat üçün bildirək ki, Azərbaycanın aparıcı süd məhsulları istehsalçılarından biri olan “AZ FP CO LTD” MMC (VÖEN-1300995031) öz məhsullarını bazara “Milla” markası ilə çıxarır. “AZ FP CO LTD” MMC dövlət qeydiyyatına 2006-cı ildə alınıb. Nizamnamə kapitalı 41 milyon 131 min 39 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir. Hazırda şirkətə Azər Vahabzadə rəhbərlik edir.
Onu da qeyd edək ki, “AZ FP CO LTD” MMC yeni açılan zaman şirkətə İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdiqlə birgə çəkilib.
Qeyd edək ki, ötən ayın 20-də yeniavaz.com saytınada “Milla”nın 252 min vergi borcu var – Fotofakt" başlıqı yazı yayımlanıb. Həmin yazıda "AZ FP CO LTD” MMC-nin dövlət büdcəsinə 252 min 523 manat 67 qəpik vergi borcunun olduğu göstərilib. Məlumat üçün bildirək ki, bu yazı yayımlandıqdan sonra şirkət dövlət büdcəsinə olan borcunu ödəyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-08-2022, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB