Arif Hacılının müşaviri həbs edildi
Müsavat Partiyası başqanının müşaviri Əlikram Xurşidov həbs edilib. Ona Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətinə həbs cəzası verilib.
Bu barədə Partiyanın sosial şəbəkə hesablarında məlumat yayılıb.
“Əlikram Xurşidov polisə tabe olmamaqda ittiham edilir ki, bu da tamamilə əsassız və qanunsuzdur. Əlikram Xurşidov onun polisə dəvət olunmasının rəsmiləşdirilməsini istəyib və rəsmi çağırış olarsa bölməyə gələcəyini bildirib. Bunu təsdiq edəm videogörüntü sosial mediada geniş yayılıb.
Əlikram Xurşidova qarşı məhkəmə, onun yaxınlarına xəbər verilmədən, vəkilin iştirakı olmadan, gizli keçirilib. Bu həbsin sifarişli olduğu, onun sosial şəbəkədə və mətbuatda hakimiyyəti tənqid edən yazıları, aktiv siyasi fəaliyyəti ilə bağlı olduğu şübhəsizdir.
Əlikram Xurşidovun həbsi hakimiyyətin müxalifətə, söz və ifadə, sərbəst toplaşma azadlığına qarşı təqib kampaniyasının tərkib hissəsidir.
Müsavat Partiyası qondarma ittihamlarla həbs edilən Əlikram Xurşidovun və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir”, - məlumatda deyilir.
Xatırladaq ki, Müsavat Partiyasının sədri Arif Hacılıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-07-2022, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB