“Azərbaycan Dəmir Yolları”nda yoxlamalara başlanıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.
Hazırda QSC-nin maliyyə fəaliyyəti araşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb: “Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”.
Qeyd edək ki, quruma 2015-ci ildən bu ilin 24 may tarixinədək Cavid Qurbanov rəhbərlik edib. Dövlət başçısının sərəncamı ilə C.Qurbanov 2 ay əvvəl vəzifədən azad edilib və onun yerinə hələlik təyinat olmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-07-2022, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB