reklam
Regionxeberlericom.az » Cəmiyyət » "İş tapa bilmir, pensiya da ala bilmir, nə ilə yaşamalıdır?" - Azərbaycan reallığı

reklam

"İş tapa bilmir, pensiya da ala bilmir, nə ilə yaşamalıdır?" - Azərbaycan reallığı

“Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür”. Bu barədə Milli Məclisin deputatı Fəzail Ağamalı “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib. O, qeyd edib ki, ölkədə uzunömürlülük yaşı o qədər də yuxarı deyil. Deputatın sözlərinə görə, insanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır.

“Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar” - deyə deputat bildirib. Azərbaycanda isə, pensiya yaşı hər il 6 ay artdığına görə dəyişir.

Qeyd edək ki, Azərbaycanda 1 iyul 2021-30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022-30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Iqtisadçı Günay Həsənova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq pensiya ala bilər. Bu pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

“Yəni bura 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər aid deyil” - deyən iqtisadçl hesab edir ki, həqiqətən Azərbaycan vətəndaşı pensiya alacaq yaşa çatacaq qədər uzunömürlü deyil. Yəni Fəzail Ağamalınında dediyi kimi, insanlar 60 yaşından sonra müxtəlif xəstəliklərlə yaşamağa başlayır. Bəzən əmək qabiliyyətini də itirirlər. Bu gün kişilər üçün pensiya yaşının 65 olması bir çox vətəndaşı pensiya almaqdan məhrum edir.

“Bəzən mənə pensiya yaşı ilə bağlı qadınlar müraciət edir. Bilirsiniz ki, 35 yaşından sonra iş tapmaq çətinləşir. 55-60 yaşında qadınlar isə ümumiyyətlə iş tapa bilmir. Bu yaşda qadınlar iş üçün müraciət edəndə, onlara “yaşa görə” işə qəbul edə bilmədiklərini deyirlər. Pensiya üçün müraciət etdikdə isə, pensiya yaşının çatmadığını deyirlər. Bu zaman belə bir sual ortaya çıxır. Qadın 50 yaşından sonra iş tapa bilmir, pensiya da ala bilmirsə, nə ilə yaşamalıdır, nə ilə dolanmalıdır? Yaxşı olar ki, deputatlar bu məsələ üzərində bir qədər araşdırma aparsınlar” - deyə iqtisadçı bildirib.

Deputat Əli Mənsimli isə kişilər üçün pensiya yaşının 63, qadınlar üçün isə 60 olmasını təklif edir. Həqiqətən də ölkədə pensiya yaşının hər il 6 ay artması pensiyaçıların gözünü yolda qoyub. Bu gün 60 yaşlı Azərbaycan kişisi pensiya nə zaman alacağını hesablaya bilmirsə və bu pensiyanı ala biləcəyinə ümidi belə yoxdursa, o zaman hansı islahatlardan danışa bilərki ki? Deputatın pensiya yaşı ilə bağlı təklifi əslində təqdirə layiqdir. Qanun qəbul edənlər - deputatlar bu məsələ üzərində işləsə, bəlkə xalqa bu məsələnin həllində fayda vermiş olarlar..




Paylaş:


Müəllif : Tarix:
9-05-2022, 19:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər