Naviqasiya yeniləmələri Rusiya gəmiləri üçün deaktiv edildi

Rusiya bayrağı altında üzən gəmilər xarici limanlarda qala bilər.
Belə ki, “Registr Lloyd Voyage Rus” şirkətinin Rusiya Federasiyasında bütün məhsul və xidmətlərini, əsas da elektron naviqasiya xəritələrini satmaqdan və yeniləməkdən imtina etməsi səbəbindən Rusiya gəmiləri tezliklə limanları tərk edə bilməyəcək.
Rusiya gəmiləri daha çox C-MAP elektron naviqasiya xəritələrindən istifadə edir. Əvvəllər, onlar “Registr Lloyd Voyage Rus” tərəfindən təmin edilirdi, lakin Rusiya Silahlı Qüvvələrinin tam miqyaslı işğalından sonra şirkət Rusiya Federasiyasından olan müştərilərinə bütün məhsul və xidmətlərin satışını və yenilənməsini dayandıracağını rəsmi şəkildə bildirdi.
“Kartoqrafiya məhsullarının müddətli və əbədi lisenziyası var. Gəmilərin təxminən 99 %-i müddətli lisenziyadan istifadə edir. Müəyyən bir tarixə qədər kartoqrafik məhsulun istifadəsi üçün növbəti ödəniş edilməlidir”, - deyə “NavMarin” şirkətin baş direktoru Aleksey Miqalin izah edib.
Elektron xəritələri yeniləmədən Liman Müfəttişliyi gəmini səyahətə buraxmayacaq. Bu həm Rusiya ərazisində, həm də ölkədən kənarda baş verə bilər. Bu halda gəmi evə qayıda bilməyəcək.
Mənbə: Blackseanews
Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2022, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB