reklam
Regionxeberlericom.az » Cəmiyyət » Türkiyədə dünyanın ən hündür asma körpüsü açıldı - Foto

reklam

Türkiyədə dünyanın ən hündür asma körpüsü açıldı - Foto
















Bu gün Çanaqqala Zəfərinin 107-ci ildönümü münasibətilə Türkiyədə keçirilən tədbirlər çərçivəsində “1915 Çanaqqala” körpüsünün açılışı olub.

Açılış mərasimində Türkiyənin dövlət rəsmiləri ilə yanaşı xarici qonaqlar, o cümlədən Cənubi Koreyanın Baş naziri Kim Bu Gyom da iştirak edib. 

Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dörd il əvvəl təməli atılan və inşası nəzərdə tutulan tarixdən bir il əvvəl başa çatan körpünün tikintisində beş mindən artıq canlı və 740 iş qüvvəsinin iştirak etdiyini bildirib.

Prezident R.T.Ərdoğan hakimiyyəti dövrü ərzində həyata keçirilən irimiqyaslı layihələr və onların Türkiyə üçün əhəmiyyətindən danışıb.

Sonra körpünün rəsmi açılışı olub.

Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.

Dünyanın iki dayaq nöqtəsinə görə ən uzun orta aşırımlı körpüsü olan “1915 Çanaqqala” 1052 sensorla izlənəcək ki, bu da dünyadakı körpülər arasında bir ilkdir. Bundan əlavə, türk bayrağını təmsil edən qırmızı-ağ rəngli 334 metrlik dayaqları olan bu tikili dünyanın ən hündür asma körpüsüdür.

Mərmərə və Egey bölgələrindəki limanları, dəmir yolu və hava nəqliyyatı sistemlərini quru nəqliyyat layihələrinə inteqrasiya edən körpü, Türkiyənin dünya nəqliyyat və logistika sektorları baxımından strateji mövqeyinə mühüm infrastruktur dəstəyi verəcək.

“1915 Çanaqqala” körpüsünün turizm və nəqliyyat sektorları baxımından da böyük əhəmiyyət kəsb etməklə yanaşı, bölgə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
18-03-2022, 22:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər