SOCAR-ın mətbuat katibi vitse-prezidentin müavini təyin olundu
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.
Bu barədə İ.Əhmədov feysbuk səhifəsində yazıb.
"Şirkətimizdə aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olundum. İşim SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, mətbuat katibi funksiyasını da icra edəcəyəm. Buna görə dəyərli jurnalistlərimiz Şirkətin adından verdiyim açıqlama və müsahibələrimdə mənim vəzifəmi sadəcə "mətbuat katibi" kimi qeyd edə bilərlər.
Əvvəl olduğu kimi, bundan sonra da bütün mətbuat sorğuları üçün açığam və hamısını operativ şəkildə cavablandırmağa çalışacağam. SOCAR-ın kommunikasiyasını effektli şəkildə təşkil edib, Azərbaycanın qlobal brendini ölkə və dünya ictimaiyyəti qarşısında təmsil etməklə, iqtsadiyyatımızın dayağı olan Dövlət Neft Şirkətinin işgüzar nüfuzunun möhkəmlənməsinə və bu minvalla öz kommersiya hədəflərinə çatmasına töhfə verməyə çalışacağam.
Son illərdə "Biz Neftçiyik" şüarını yaymaqla, dövlətimizin inkişafı və xalqımızın rifahı üçün gecə-gündüz dənizdə və quruda çalışan əli qabarlı Azərbaycan neftçilərinin sözçüsü oldum. İndi göstərilən etimada görə Şirkətin rəhbərliyinə və mənə daim mənəvi dayaq olan əziz neftçi həmkarlarıma təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başladığı SOCAR-ın yeni inkişaf dövründə Şirkətin əməliyyat effektivliyinin artırılmasına öz kiçik töhfəmi verməyə ümidliyəm. Bunun üçün SOCAR-ın Müşahidə Şurasının nəzarəti və rəhbər heyətinin rəhbərliyi altında var gücümlə işləyəcəyəm. Şərəfli peşənin nümayəndələri olan Azərbaycan neftçilərinə layiq bir mətbuat katibi olmağa çalışacağam", - İ.Əhmədov bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-02-2022, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.