Xankəndi Şuşaya tabe olacaq: Bayram Səfərov da BİRDƏFƏLİK GEDƏCƏK... - İLGİNC İDDİALAR

13 ildir ki, Şuşanın icra başçısı postunu tutan Bayram Səfərovun buna qədər də yola salınacağı, hətta cəzalandırılacağı haqda məlumatlar yayılmışdı. DİA.AZ xəbər verir ki, hətta həbs olunacağı da deyilirdi.
Gah toplantıda şirin yuxuya getməsiylə, gah əndrəbadi açıqlamaları ilə və gah da sərvəti ilə bir ara gündəmləri məşğul edən Bayram Səfərovu nədənsə 44 günlük savaş boyunca və savaşdan sonra ya görmədik, ya da təkəm-seyrək gördük.
Təbii ki, bu da haqlı olaraq ONA QADAĞA QOYULMASI qənaətlərini möhkəmləndirmiş oldu. Günü bu gün də Bayram Səfərov ortalıqda görünmür. Ortalıq nədir... onu Şuşada da görə bilmirik. Adi bir avtobus biletilə də Şuşaya gedən görmədik. Yalnız bir-iki istisna xaric...
Nə baş verir?
Bununla bağlı danışan mənbə bildirir ki, əslində Bayram Səfərov bu gün simvolik olaraq Şuşa RİH başçısı postunu tutur və onun vəzifəsinin yaxın günlərdə birdəfəlik olaraqq ləğvi gözlənilir.
Mənbənin söylədikləri: "Məlumdur ki, hökumət neçə müddətdir təmərküzləşmiş idarəetməyə keçid niyyətini nümayiş etdirir. Buna isə ilk olaraq Qarabağın azad edilmiş hissələrindən başlamaq fikri var. Və ilk olaraq da Şuşada bu tətbiqi görəcəyik".
Mənbə bildirir ki, ola bilsin ki, may ayına qədər Şuşa, Xankəndi, Xocavənd və Hadrut (Ağoğlan) eyni regional idarəetmə mərkəzində birləşdirilsin: "Bununla da Bayram Səfərova da, Xankəndidə oturan separatçı Arayik Arutunyana da birdəfəlik "əlvida" deyəcəyik..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...(Dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2022, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.