Nəşi tapılan baş leytenant Şirvanda dəfn olunacaq

Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən itkin düşən və bu gün nəşi tapılan baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunacaq.
RegionXəbərləri.com “report”a istinadla xəbər verir ki, hərbçinin nəşi ərazidən götürülərək Gəncə şəhərində olan morqa aparılıb.
Daha sonra Şirvan şəhərinə göndəriləcək və sabah orada torpağa tapşırılacaq.
Qeyd edək ki, əslən Şirvan şəhərindən olan F.Bağırov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış. Onun 3 aylıq bir qızı yadigar qalıb.
Xatırladaq ki, bir neçə gün öncə Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən Azərbaycan Ordusunun dörd hərbçisi itkin düşmüşdü. Onlardan üçü həmin gün sağ tapılsa da, F.Bağırovun axtarışları davam etdirilirdi. Onun nəşi bu gün günorta saatlarında tapılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2022, 19:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB