“Təhsil Nazirliyi ləğv olunsun, bütün səlahiyyətlər...“ - ÇAĞIRIŞ
“Təhsilə rəhbərlik edənlərin təhsildən xəbəri yoxdur”. RegionXəbərləri.com xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Şəmsəddin Əliyev deyib:
Onun sözlərinə görə, təhsilə nəzarət edən qurumlar heç biri öz işinin öhdəsindən gələ bilmir:
“Tədris proqramını həyata keçirənlərin, ümumiyyətlə, təhsildən xəbərləri yoxdur. Valideyn məcburdur ki, uşağı dərsdən sonra hazırlığa göndərsin. Çünki uşaq faktiki olaraq dərsləri çatdıra bilmir. Təhsilə nəzarət etmək üçün Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, Dövlət İmtahan Mərkəzi var. Üç qurum heç biri öz işinin öhdəsindən gələ bilmir”.
Hüquqşünas qeyd edib ki, təhsili 30 ildir ayaqüstə qalxa bilmir:
“Hələ tədris proqramı başa çatmamış uşaqlar apreldə imtahan verməli olacaqlar. Bu nə deməkdir? Buna nəzarət edən qurum yoxdur? İşə hansı ağılla, təfəkkürlə yanaşırlar?
30 ildir təhsil sistemi yerində sayır. Sovet təhsil sisteminin nəyi pis idi ki?! Bilet çəkib, imtahan verilirdi. Heç bir əlavə müəllimə ehtiyac qalmırdı. Bu gün müəllim dərsə gününü keçirməyə gəlir.
Dövlət İmtahan Mərkəzinin (DİM) əleyhinə deyiləm. Sadəcə Təhsil Nazirliyi ləğv olunsun, bütün səlahiyyətlər DİM-ə verilsin”.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2022, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO