Şagirdlərin məktəbdə telefon istifadəsilə bağlı yeni qaydalar hazırlanır
Mobil telefonlar uşaqların psixologiyasına mənfi təsir edir, onların əqli inkişafının zəifləməsinə səbəb olur. Bu səbəbdən də dünyanın bəzi ölkələrinin orta təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadə etməsinə icazə verilmir.
Azərbaycanın da bəzi məktəblərində şagirdlərin mobil cihazlardan istifadə etməsinə qadağa qoyulub. Ancaq bu proses əksər valideynlər tərəfindən xoş qarşılanmır. Valideynlər uşaqlarından məlumatlı olmaq üçün onların mobil telefonlardan istifadə etməsinin önəmli olduğunu hesab edirlər.
Son günlər orta məktəblərdə şagird-müəllim münasibətlərinə, təhsil prosesinə mənfi təsir edən videoların yayılması əslində bu qadağanın yerində olduğunu bir daha sübut edir. Şagirdlər dərsə diqqət yetirmək əvəzinə, məktəbdaxili intizam qaydalarına zidd hərəkətlərə yol verərək, bunu xüsusi “istedad” kimi də mobil telefonla çəkir və ictimailəşdirirlər.
Təhsil Nazirliyinin İctaimiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, bu istiqamətdə nazirlik tərəfindən yeni qaydalar tərtib olunacaq:
“Telefonların məktəbə gətirilməsi və şagird davranışları barədə yeni qaydalar hazırlanmalıdır. Hazırda bu mövzu nazirlik tərəfindən müzakirə olunur. Biz bu qaydaları elə tənzimləməliyik ki, hər hansı sui-istifadə halları olmasın. Eyni zamanda, proses düzgün aparılsın” , - deyə nazirlik rəsmisi vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-01-2022, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA